Bank Of Baku

ARDNŞ-KMS alyansına məxsus “Araz” və “Xudafərin” gəmiləri Bakıya gətirilib

ARDNŞ-KMS alyansına məxsus “Araz” və “Xudafərin” gəmiləri Bakıya gətirilib
# 26 dekabr 2009 08:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda dəniz neft yataqlarının işlənməsində dəniz neftçilərinə xidmət göstərmək üçün ARDNŞ və “Kaspian Marin Servises” şirkəti arasında 10 illik sazişi çərçivəsində nəzərdə tutulmuş Xəzər Dəniz Neft Donanmasının aktivlərində olan gəmilərdə modernləşdirmə aparılır. ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, ARDNŞ-KMS alyansı yeni gəmilərin tikintisinə də xüsusi diqqət yetirərək, ehtiyac duyulan 5 ədəd sürətli sərnişin-təchizat gəmisi sifariş verib və artıq həmin gəmilərdən ikisi - “Araz” və “Xudafərin” Bakıya gətirilib.

Bu gəmiləri ARDNŞ-in balansında olan uyğun gəmilərdən fərqləndirən əsas cəhət, yeni gəmilərin sərnişinlərlə bərabər, 70 tonadək yükdaşıma qabiliyyətinə malik olmasıdır. Əvvəllər hətta kiçik yüklərin daşınması üçün böyük təchizat gəmilərindən istifadə olunduğu halda, hazırda bu gəmilər növbə dəyişən dəniz neftçilərinə xidmət göstərməklə bərabər, kiçik həcmli yüklərin daşınmasını da həyata keçirəcək.

Dekabrın 25-də ARDNŞ prezidenti Rövnəq Abdullayev və ARDNŞ rəhbərliyi yeni gəmilərlə tanış olub. Layihə üzrə bu qəbildən olan 3-cü gəmi - hazırda tikintisi davam etdirilən “Batabat” gəmisi Bakıya 2010-cu ildə gətiriləcək.

Məlumatda o da bildirilir ki, ARDNŞ-KMS alyansının yeni gəmi tikintisi üzrə böyük planları var. Bunun üçün külli miqdarda sərmayə qoyuluşu tələb olunduğundan, həmin planların Azərbaycanda tikiləcək gəmi tikintisi zavodunda həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunda Alyansın əsas sifarişçisi ARDNŞ, “BP Azərbaycan” və “LUKoil” şirkətləridir. Fəaliyyət dövründə Alyansın işinin əsas hissəsi Xəzərin digər sektorlarında işləyən şirkətlərə dəniz nəqliyyatı xidməti göstərməsi olub. Xəzərin Türkmənistan, Qazaxıstan və Rusiya sektorlarında “LUKoil”, “MakDermott”, “Draqonoil”, “Momentum”, “Caspian Krain Cotractor”, “Saqa”, “Saipem” və digər şirkətlərə Alyans tərəfindən müxtəlif xidmətlər göstərilib. Alyans eyni zamanda unikal “Qurban Abbasov” kran gəmisində hazırda intensiv təmir və modernləşdirmə işlərini davam etdirir. Gəminin 2010-cu ilin avqustun tam istismara verilməsi proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR