Bank Of Baku

ARDNŞ-in Pirallahıdakı Vaqif Mustafazadə adına Mədəniyyət Sarayının açılışı olub

ARDNŞ-in Pirallahıdakı Vaqif Mustafazadə adına Mədəniyyət Sarayının açılışı olub
# 26 dekabr 2009 11:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin balansında olan Vaqif Mustafazadə adına Mədəniyyət Sarayının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, Pirallahı qəsəbəsində yerləşən sarayın açılışı mərasimdə ARDNŞ prezidenti Rövnəq Abdullayev də iştirak edib.

Qeyd edək ki, 1937-ci ildə inşa olunmuş sarayın binası əvvəllər «Abşeronneft» NQÇİ-nin balansında olub, 2006-cı ildən isə ARDNŞ-ın Sosial İnkişaf İdarəsinin Mədəniyyət və İstirahət İşləri Departamentinin balansına verilib. Ötən il ARDNŞ-ın maliyyə vəsaiti hesabına sarayda əsaslı təmir işləri aparılıb. Bundan başqa, sarayda yenidən qurulmuş kitabxana fəaliyyət göstərir ki, burada 2 oxu zalı və 20 minədək kitab var.

Bu gün ARDNŞ prezidentinin iştirakı ilə Bakının bir çox ərazilərində iməcilik də keçirilib. İməcilik zamanı ARDNŞ 100 mininci ağacı əkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR