Bank Of Baku

Azərbaycanın enerji sistemi gücləndirilmiş rejimə keçirilir

Azərbaycanın enerji sistemi gücləndirilmiş rejimə keçirilir
# 28 dekabr 2009 13:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramında (31 dekabr) Azərbaycanda elektrik enerjisinə olan tələbatın artması ilə əlaqədar «Azərenerji» ASC gücləndirilmiş rejimdə işləyəcək. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən qurumun Mərkəzi Dispetçer İdarəsinə istinadən məlumat verilib.

Səhmdar cəmiyyəti bəyan edib ki, elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, hər hansı çətinliyin yaranması gözlənilmir. Xüsusilə də son aylarda enerji sisteminə qoşulan yeni 105 MVt-lıq «Şahdağ» elektrik stansiyası Quba və Qusar rayonları, 525 MVt-lıq «Sumqayıt» elektrik stansiyası isə Sumqayıt şəhəri və Abşeron yarımadasının elektrik enerjisi təchizatının dayanıqlığını artırıb.

Bayram günlərində artan tələbat və yaranan gərginlik nəzərə alınaraq bütün ehtiyat qüvvələr əvvəlcədən səfərbər edilib. MDİ-dən o da bildirilib ki, bayram günündə istehlaka uyğun olaraq (dispetçer qrafikinə əsasən gündəlik istehlaka uyğun istehsal dinamikasının müqayisəsi, hava şəraiti və s. nəzərə alınmaqla) «Azərenerji» sistemində artan tələbata müvafiq elektrik enerjisi istehsal ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR