Bank Of Baku

Azərbaycan “Özbəkneftqaz”la əməkdaşlığa başlayıb

Azərbaycan “Özbəkneftqaz”la əməkdaşlığa başlayıb
# 28 dekabr 2009 22:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın “Ekol Mühəndislik Xidmətləri” QSC-i Özbəkistanın “Özbəkneftqaz” Milli Şirkəti ilə bu ölkədə həyata keçirilən layihələrdə iştirak edəcək. Bu barədə «APA-Economics»ə “Ekol Mühəndislik Xidmətləri” QSC-dən məlumat verilib.

Şirkətdən bildirilib ki, artıq Bakı şəhərində sorbentin istehsalı ilə əlaqədar “Ekol Mühəndislik Xidmətləri” ilə Özbəkistanın “Ekonordragmet” Birgə Müəssisəsi arasında Alyans yaradılması barədə kontrakt imzalanıb və işlərin birinci mərhələsinə başlanıb.

Əldə olunmuş razılığa əsasən, hər iki şirkətin işçi qrupları yaradılıb, bu işçi qrupları “Özbəkneftqaz” Milli Şirkətinin tabeliyində olan NQÇİ-nin mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi, axıntı sularının və neftşlamın utilizasiya olunması üçün yeni qurğuların və texnologiyaların seçilib tətbiq edilməsi məqsədilə hazırda öz tədqiqatlarını davam etdirirlər.

Bu günlərdə birgə işçi qrupunun mütəxəssisləri tərəfindən “Mubarəkneftqaz” NQÇİ-nin mədən ərazisində monitorinq işləri aparılıb, yeni qurğular və texnologiyalar tətbiq etməklə “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən ərazidə neftlə çirklənmiş torpaqların təmizlənməsi, axıntı sularının və neftşlamın utilizasiya olunması imkanlarına baxılıb. Həmçinin bu layihənin həyata keçirilməsi məqsədilə “ÖzLİTİneftqaz” institutu tərəfindən layihə-smeta sənədlərinin və işçi qruplarının birgə təkliflər paketinin hazırlanıb təqdim olunması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR