Bank Of Baku

«Bakıelektrikşəbəkə» gücləndirilmiş iş rejiminə keçir

«Bakıelektrikşəbəkə» gücləndirilmiş iş rejiminə keçir
# 29 dekabr 2009 10:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində Bakı şəhərinin enerji sistemi gücləndirilmiş iş rejimində işləyəcək. Bu barədə «APA-Economics»ə «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Abonentlərin bayram günlərində fasiləsiz elektrik enerjisi ilə təchiz olunması üçün əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilib.

Səhmdar cəmiyyəti həmçinin abonentlərdən xahiş olunur ki, yarana biləcək hər hansı problemlər haqqında «199 - Qəza Xidməti»nə zəng vuraraq məlumat versinlər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq.

Qeyd edək ki, Bakı şəhərinin 11 rayonunun enerji təchizatını həyata keçirən «Bakıelektrikşəbəkə» ASC-nin 670 mindən artıq abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR