Bank Of Baku

İlham Şaban: «Qaz infrastrukturunun hazırkı vəziyyəti Azərbaycana ixracla bağlı problem yaradır»

İlham Şaban: «Qaz infrastrukturunun hazırkı vəziyyəti Azərbaycana ixracla bağlı problem yaradır»
# 29 dekabr 2009 13:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın qaz infrastrukturunun hazırkı vəziyyəti ölkəmizə təbii qazın ixracı üçün problemlər yaradır. «APA-Economics»in məlumatına görə, bunu neft-qaz sahəsinin mütəxəssisi İlham Şaban bildirib.

Onun sözlərinə görə, 2009-cu il Azərbaycanın neft-qaz sahəsində bir sıra əhəmiyyətli hadisələrlə yadda qalıb. Belə ki, Azərbaycan cari ilin sonuna 50 mln. ton neft hasil edəcək, halbuki ötən il bu rəqəm 44,2 mln. tona bərabər olub. Həmçinin, 2009-cu ildə Azərbaycan neft sahəsi üzrə PSA tipli 4 müqavilə imzalayıb. Bununla yanaşı, Azərabycan Rusiya və İranla qaz ixracına start verilməsinə dair müqavilələr imzalayıb ki, Rusiyaya gələn ildən ildə 1 mlrd. kubmetr, İrana isə 1,8 mlrd. kubmetr qaz ixrac olunacaq.

«Cari ilin sonunadək Azərbaycan 16 mlrd. kubmetr qaz hasil edəcək. Lakin buna baxmayaraq, Azərbaycanda satış qazının həcmi azalıb. Həmçinin, daxili istehlakın həcmi də azalıb. Belə ki, əgər 2008-ci ildə daxili istehlak 10,7 mlrd. kubmetr təşkil edirdisə, 2009-cu ildə bu rəqəm 9,3 mlrd. kubmetrə bərabər olub. Mövcud infrastruktur mavi yanacağın realizəsində müəyyən problemlər yaradır», - deyə İ.Şaban vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR