Bank Of Baku

Azərbaycan prezidenti əhalinin qazdan istifadəyə görə yaranmış borclarının silinməsi barədə fərman imzalayıb

Azərbaycan prezidenti əhalinin qazdan istifadəyə görə yaranmış borclarının silinməsi barədə fərman imzalayıb
# 29 dekabr 2009 15:34 (UTC +04:00)
APA-nın məlumatına görə, istehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə yaranmış 327,0 milyon manat məbləğində borcları silinib.

Əhalinin borclarının silinməsi ilə əlaqədar ARDNŞ-ə silinmiş borcların məbləği həcmində 2009-cu il dövlət büdcəsindən təzminat veriləcək.

ARDNŞ təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görəcək.

Nazirlər Kabineti Fərmanda nəzərdə tutulmuş təzminatın ödənilməsini təmin edəcək, bir ay müddətində təbii qaz və neft məhsullarının topdansatış qaydasında alınması üzrə əsas enerji istehlakçılarının kreditor borclarının tənzimlənməsinə dair Azərbaycan prezidentinə təkliflər verəcək, Fərmandan irəli gələn digər məsələləri həll edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR