Bank Of Baku

Gələn il yanvarın 10-da Batumidə energetika sammiti keçiriləcək

Gələn il yanvarın 10-da Batumidə energetika sammiti keçiriləcək
# 30 dekabr 2009 09:32 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. 10 yanvar 2010-cu ildə Batumidə energetika sammiti keçiriləcək.

APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, sammitin əsas müzakirə mövzusu Odessa-Brodı-Plotsk-Qdansk neft kəmərinin layihəsi olacaq.

Sammitin işində Polşa prezidenti Lex Kaçinski də iştirak edəcək. Bu barədə jurnalistlərə prezident dəftərxanasının nümayəndəsi Mariuş Handzlik açıqlama verib. Onun sözlərinə görə, Batumi sammiti 2007-ci ildə Krakovda keçirilmiş enerji təhlükəsizliyi danışıqların davamı olacaq.

“Krakovdan sonra Vilnüs, Kiyev və Bakıda yüksək səviyyəli görüşlər olub. Batumi sammitinin mövzusu Odessa-Brodı-Plotsk-Qdansk neft kəmərinin tikintisi layihəsi üzrə işlərin davam etdirilməsi olacaq” - deyə Mariuş Handzlik bildirib.

O əlavə edib ki, Batumi sammitinin yekunlarına əsasən birgə bəyannamə qeyd olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR