Bank Of Baku

Gürcüstanda əhalinin 2007-ci ilədək olan elektrik enerjisi borcları silinib

Gürcüstanda əhalinin 2007-ci ilədək olan elektrik enerjisi borcları silinib
# 30 dekabr 2009 09:37 (UTC +04:00)
Tiflis. Nino Jvaniya – APA. Gürcüstan hökuməti əhalinin 2007-ci ilədək elektrik enerjisinin istehlakına görə yaranmış borclarını silmək qərarına gəlib.

APA-nın Gürcüstandakı xüsusi müxbirinin verdiyi məlumata görə, bu qərar Maliyyə və Energetika nazirlikləri arasında keçirilən məsləhətləşmələrdən sonra qəbul olunub.

Hökumətin qərarı ilə əhalinin Birləşmiş Enerji Şirkətinə olan borcları silinəcək.

Energetika nazirinin müavini Nino Enukidze jurnalistlərə bildirib ki, söhbət 83 mln. laridən (39,2 mln. manat) gedir. Bütün ölkə üzrə 1 mln. abunəçinin borcu silinəcək.

Gələcəkdə əhalinin qaz istehlakına görə yaranmış borclarının da silinəcəyi istisna olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR