Bank Of Baku

Yeni ildən “Qazprom” əməkdaşlarının maaşları artırılacaq

Yeni ildən “Qazprom” əməkdaşlarının maaşları artırılacaq
# 30 dekabr 2009 12:03 (UTC +04:00)
Bakı – APA-Economics. 1 yanvar 2010-cu ildən Rusiyanın “Qazprom” şirkətinin işçilərinin maaşları 8% artırılacaq.

APA-Economics”in “İnterfax”a istinadən məlumatına görə, bu barədə qaz konserninin İdarə Heyətinin sədri Aleksey Miller sərəncam imzalayıb.

Maaş artımı baş kollektiv müqaviləyə uyğun olaraq baş verib və gələn il proqnozlaşdırılan inflyasiyanın səviyyəsini əks etdirir.

Xatırladaq ki, Rusiyanın ən böyük şirkəti olan “Qazprom”un səhmlərinin nəzarət paketi dövlətə məxsusdur. Qaz inhisarçılığı Rusiyanın federal büdcəsinin gəlirlərinin 20%-ni təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR