Bank Of Baku

Azərbaycan yanvarın 1-də Rusiyaya qaz ixracına başlayacaq

Azərbaycan yanvarın 1-də Rusiyaya qaz ixracına başlayacaq
# 30 dekabr 2009 13:50 (UTC +04:00)
İlkin dövrdə Rusiyaya sutkada 1,5 mln. kubmetr qaz ixracı planlaşdırılır.

ARDNŞ-dan bildirilib ki, «Qazprom» ASC və «Qazprom Eksport» MMC-nin nümayəndələri təbii qazın nəqlinə dair texniki məsələlər üzrə vəziyyətlə yerində tanış olmaq üçün dekabrın 29-30-da Azərbaycanda səfərdə olub. Onlar ARDNŞ-in Qaz İxracı İdarəsinin mütəxəssisləri ilə birlikdə «Şirvanovka» qaz ölçmə stansiyasına baxış keçirərək müştərək təftiş aparıblar. Tərəflər «Şirvanovka» qaz ölçmə stansiyasının qazın Rusiya tərəfinə ötürülməsi üçün tam hazır vəziyyətdə olması və burada quraşdırılan avadanlığın beynəlxalq standartlara cavab verməsi qənaətinə gəliblər. Bundan sonra tərəflər arasında müvafiq protokol imzalanıb.

Qeyd edək ki, ARDNŞ ilə Rusiyanın «Qazprom» şirkəti arasında Azərbaycan qazının alqı-satqısına dair müqavilə oktyabrın 14-də imzalanıb. Müqaviləyə uyğun olaraq, 2010-cu il yanvarın 1-dən Azərbaycan Rusiyaya qaz ixracına başlayacaq və gələn il bu ölkəyə minimum 500 mln. kubmetr qaz satışı nəzərdə tutulur. Sonradan ARDNŞ-in prezidenti Rövnəq Abdulayyev qaz ixracının 1 mlrd. kubmetrə kimi artırılması ilə bağlı qərar qəbul edilməsi ilə bağlı bəyanat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR