Bank Of Baku

Gürcüstanda keçiriləcək enerji sammitində bir neçə ölkənin prezidenti iştirak edəcək

Gürcüstanda keçiriləcək enerji sammitində bir neçə ölkənin prezidenti iştirak edəcək
# 04 yanvar 2010 16:56 (UTC +04:00)
Gürcüstanın enerji nazirinin müavini Nino Yenukidzenin verdiyi məlumata görə, yüksək səviyyədə təşkil olunacaq beynəlxalq enerji sammitində Polşa, Azərbaycan, Ukrayna prezidentləri ilə bərabər, eyni zamanda Baltik ölkələrinin, Rumıniyanın, Bolqarıstanın, Türkmənistanın və Qazaxıstanın birinci şəxsləri iştirak edəcəklər.

Nino Yenukidzenin dediyinə görə, hələlik görüşün gündəliyi ilə bağlı müzakirələr aparılır.

Beynəlxalq sammitdə enerji təhlükəsizliyi, Cənubi Qafqaz koridorunun inkişafı və digər məsələlər müzakirə olunacaq.

Batumidə baş tutan beynəlxalq enerji sammitini Gürcüstan prezidenti Mixail Saakaşvili açacaq.

Sammitin işi ilə əlaqədar iştirakçı ölkələrin işçi qrupları yanvarın 11- 13-də Tiflisdə toplantı keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR