Bank Of Baku

Fransanın «Schneider Electric» şirkətinin Balkanlar və Orta Şərq ofisinə yeni rəhbər təyin olunub

Fransanın «Schneider Electric» şirkətinin Balkanlar və Orta Şərq ofisinə yeni rəhbər təyin olunub
# 05 yanvar 2010 07:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Fransanın «Schneider Electric» şirkətinin Azərbaycanın da daxil olduğu Balkanlar və Orta Şərq ofisinə yeni rəhbər təyin olunub. «APA-Economics»in məlumatına görə, bu ofisin yeni rəhbəri vəzifəsini bundan əvvəl şirkətin Türkiyə nümayəndəliyinin başçısı olmuş Turxan Turxangil icra edəcək.

Qeyd edək ki, «Schneider Electric»in Balkanlar və Orta Şərq ofisi 27 ölkə üzrə şirkətin fəaliyyətinə nəzarət edir. Bura Balkan ölkələri ilə yanaşı ərəb dövlətləri, İran, Əfqanıstan, Pakistan, postsovet respublikalarından Azərbaycan, Gürcüstan, Tacikstan, Türkmənistan və Özbəkistan daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR