Bank Of Baku

«Azərenerji»: Azərbaycanda işıq pulu borcunun kütləvi şəkildə silinməsi nəzərdə tutulmur

«Azərenerji»: Azərbaycanda işıq pulu borcunun kütləvi şəkildə silinməsi nəzərdə tutulmur
# 05 yanvar 2010 10:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda istehlakçıların elektrik enerjisinə görə yaranmış borclarının kütləvi şəkildə silinməsi məsələsinə hazırda hökumət tərəfindən baxılmır. «APA-Economics»in məlumatına görə, bunu «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib.

«Ümumiyyətlə, bu məsələ ilə bağlı bizim təkliflərimiz yoxdur. Elektrik enerjisinə görə yaranmış borcların silinməsi məsələsi də müzakirə olunmur», - deyə M.Əsgərov əlavə edib.

Azərbaycanın bir sıra dövlət qurumu, eləcə də kommunal xidmətlər sektorunda fəaliyyət göstərən təşkilatların (Bakıelektrikşəbəkə» ASC-nin və su təsərrüfatı müəssisələrinin) «Azərenerji»dən aldıqları elektrik enerjisinin dəyərinə görə borcları olduğunu deyən M.Əsgərov həmin borcların ümumi məbləği barədə məlumat verməyib.

M.Əsgərov onu da əlavə edib ki, hazırda «Azərenerji» ASC-nin xidmət göstərdiyi şəbəkələr üzrə yığım 85-90% təşkil edir. Azərbaycanda elektrik enerjisi istehlakı isə son iki ildə 3 mlrd. kVt/saat azalaraq 2009-cu ilin yekununda 18 mlrd. kVt/saat təşkil edib.

Qeyd edək ki, hazırda Azərbaycanın ümumi generasiya gücü 6 min MVt/saat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR