Bank Of Baku

Azərbaycan enerji sisteminin inkişafına 2 mlrd. dollardan artıq kredit cəlb edib

Azərbaycan enerji sisteminin inkişafına 2 mlrd. dollardan artıq kredit cəlb edib
# 05 yanvar 2010 11:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan indiyədək generasiya gücünün artırılması üçün enerji sisteminə ümumilikdə 2 mlrd. ABŞ dollarından artıq kredit cəlb edib. «APA-Economics»in məlumatına görə, bunu «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib.

M.Əsgərovun sözlərinə görə, hazırda Azərbaycan tələbatdan artıq elektrik enerjisi istehsal edir ki, bunun da bir hissəsi qonşu dövlətlərə ixrac edilir.

«Bu gün gecə saatlarında enerji həcmində artıqlıq yaranır ki, bu həcmi də əsasən qonşu ölkələrə ixrac edirik», - deyə M.Əsgərov vurğulayıb.

«Azərenerji» rəsmisi onu da qeyd edib ki, Azərbaycan təkcə Rusiyaya sutkada 200-250 min kVt/saat elektrik enerjisi satır.

«Azərenerji» rəsmisi ölkədaxili enerji ötürücü xətlərinin yeniləşdirilməsi, eləcə də sayğaclaşdırma işlərinin aparıldığını vurğulayıb. Paralel olaraq Azərbaycan-Gürcüstan-Türkiyə, Rusiya-Azərbaycan-İran şəbəkələrinin birləşdirilməsi və yeni enerji dəhlizinin yaradılmasına dair danışıqların aparıldığını da qeyd edib.

M.Əsgərov hazırda külək enerjisindən istifadə ilə bağlı proqramın hazırlandığını da vurğulayıb. Külək enerjisinin ümumi enerji balansında hansı paya olacağına gəlincə, M.Əsgərov bunun küləkli saatlardan asılı olduğunu və ümumiyyətlə proqnozlaşdırılmasının mümkün olmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR