Bank Of Baku

Türkiyənin Azərbaycandan aldığı qazın qiyməti açıqlanıb

Türkiyənin Azərbaycandan aldığı qazın qiyməti açıqlanıb
# 05 yanvar 2010 11:41 (UTC +04:00)
Məlumata görə, Türkiyənin “BOTAŞ” şirkəti Azərbaycandan 1 min kubmetri 120 dollara qaz aldığı dövrdəki qiymət fərqini aradan qaldırmaq məqsədilə 2009-cu ilin ilk ayları üçün 399 dollar ödəyəcək. Həmin ilin ortası və sonu üçün qiymət 230-280 dollar arasında dəyişəcək.

“Zaman” qəzeti Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldıza istinadən bildirir ki, Azərbaycana qazın qiymət fərqinin ödənməsi 600 mln. dollar əlavə məsrəf tələb edir. Qəzetin yazdığına görə, “BOTAŞ”ın xərcləri azaltmaq üçün ucuz Azərbaycan qazı alması Türkiyəyə baha başa gəlib. Belə ki, şirkət 2008-ci ildə bahalı İran qazı əvəzinə Azərbaycan qazı almağa üstünlük verib. Buna səbəb Sivas kompressor stansiyasının tam gücü ilə işləməməsi olub.

“BOTAŞ” rəhbərliyi problemi aradan qaldıra bilmədiyindən, 2007-2008-ci illərdə İran qazı əvəzinə Azərbaycan qazı almaq məcburiyyətində qalıb. Üstəlik, ala bilmədiyi qaz üçün İrana 704 mln. dollar ödəməli olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR