Bank Of Baku

Azərbaycan bu il iki yeni su elektrik stansiyası inşa edəcək

Azərbaycan bu il iki yeni su elektrik stansiyası inşa edəcək
# 05 yanvar 2010 12:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu il Azərbaycanda iki yeni su elektrik stansiyasının tikintisinə başlanacaq. «APA-Economics»in məlumatına görə, bunu «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib.

M.Əsgərovun sözlərinə görə, bu stansiyalar dağ çaylarının üzərində inşa ediləcək. Stansiyalardan biri Göyçay, digəri isə İsmayıllı rayonunda yerləşəcək.

«Azərenerji» rəsmisi 2010-cu ilin sonunda Şirvan şəhərində yerləşən «Cənub» elektrik stansiyasında tikinti işlərinin başa çatacağını da vurğulayıb.

Qeyd edək ki, «Cənub» elektrik stansiyasının tikintisinə 2007-ci il dekabrın 24-də başlanılıb. Stansiya qaz-buxar turbinləri, qaz kompressoru, inzibati bina, hovuz, avtodayanacaq, park, yanğınsöndürmə məntəqəsi, 110, 220 və 330 kV-luq yardımçı stansiyalar və s. ibarət olacaq. Gücü 780 MVt olacaq stansiyanın tikintisi «açar təhvili» prinsipi ilə Azərbaycanın «Azenko» şirkəti tərəfindən aparılır. Stansiyadakı qaz turbinləri isə ABŞ istehsalıdır. Layihənin ümumi dəyəri 600 mln. avroya yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR