Bank Of Baku

Türkmənistan və İran prezidentlərinin iştirakı ilə yeni qaz kəmərinin açılışı olacaq

Türkmənistan və İran prezidentlərinin iştirakı ilə yeni qaz kəmərinin açılışı olacaq
# 05 yanvar 2010 12:25 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Sabah Türkmənistanla İranı birləşdirən Dövlətabad-Seraxs-Xangeran qaz kəmərinin açılışı olacaq. APA-nın Türkmənistan XİN-ə istinadən verdiyi məlumata görə, 30,5 kilometr uzunluğunda kəmərin açılışında Türkmənistan və İran prezidentləri Qurbanqulu Berdıməhəmmədov və Mahmud Əhmədinejad da iştirak edəcəklər.

Kəmərin istifadəyə verilməsi ilə Türkmənistandan İrana ildə 20 milyard kubmetr qaz nəql etmək imkanı yaradacaq. Türkmənistan XİN-in məlumatında bildirilir ki, Dövlətabad-Seraxs-Xangeran layihəsinin uğurla həyata keçməsi Türkmənistan-İran münasibətlərinin, regional iqtisadi-ticari əlaqələrin inkişafına, ikitərəfli və çoxtərəfli tərəfdaşlıq imkanlarının genişlənməsinə, regionda stabilliyə, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və enerji təhlükəsizliyinə xidmət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR