Bank Of Baku

Azərbaycan-Gücüstan-Türkiyə enerji şəbəkəsinin yaradılması layihəsi üzrə üçtərəfli hesablamalar aparılır

Azərbaycan-Gücüstan-Türkiyə enerji şəbəkəsinin yaradılması layihəsi üzrə üçtərəfli hesablamalar aparılır
# 05 yanvar 2010 12:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan-Gücüstan-Türkiyə enerji şəbəkələrinin birləşdirilməsi və ölkələr arasında elektrik enerjisinin mübadiləsinə dair üçtərəfli müzakirələr və hesablamalar aparılır. «APA-Economics»in məlumatına görə, bunu «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib.

M.Əsgərovun sözlərinə görə, şəbəkələrin birləşdirilməsi ilə bağlı hələ razılaşma əldə olunmayıb. Tərəflər satılacaq enerjinin həcmi, tariflər və digər məsələləri müzakirə edir.

«Paralel olaraq mütəxəssislər hesablamalar aparırlar ki, 700 MVt gücü Azərbaycan və Gürcüstan birlikdə Türkiyəyə satarsa, hansı şəbəkələrdə hansı istiqamətdə genişlənmə aparılmalıdır», - deyə «Azərenerji» rəsmisi vurğulayıb.

M.Əsgərov əlavə edib ki, hazırda mövcud şəbəkə Azərbaycan və Gürcüstan arasında enerji mübadiləsinə imkan verir. Ehtiyac yaranarsa, 500 KV-luq xəttin bərpası da həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR