Bank Of Baku

Rusiyadan Azərbaycana yeni elektrik verilişi xətti çəkiləcək

Rusiyadan Azərbaycana yeni elektrik verilişi xətti çəkiləcək
# 05 yanvar 2010 13:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Rusiya-Azərbaycan-İran enerji şəbəkələrinin fəaliyyətinin sinxronlaşdırılması layihəsinin bu günədək reallaşmaması Rusiya ilə İran arasında danışıqların başa çatmaması ilə bağlıdır. «APA-Economics»in məlumatına görə, bunu «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib.

M.Əsgərovun sözlərinə görə, hazırda qeyd olunan layihə ilə bağlı Rusiya və İran mütəxəssisləri müzakirələri davam etdirir.

«Bu layihə reallaşdıqda Azərbaycan həm enerji sata biləcək, həm də Rusiyanın İrana ötürdüyü enerjiyə görə tranzit haqqı əldə edəcək», - deyə M.Əsgərov vurğulayıb.

M.Əsgərov onu da qeyd edib ki, Rusiya-İran danışıqları müsbət nəticə verərsə, I Dərbənd-Yaşma xəttinin nəzərdə tutulan həcmdə enerjini ötürməyə gücü çatmayacaq. Bunun üçün həmin xəttə paralel olaraq ikinci xəttin tikintisinə ehtiyac yaranacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR