«Günəşli» yatağında yeni quyular qazılır

«Günəşli» yatağında yeni quyular qazılır
# 05 yanvar 2010 15:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «SOCAR AQŞ» Müştərək Müəssisəsi «Günəşli» yatağında iki yeni quyuda qazma işlərinə başlayıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, 13-cü özüldəki 313 nömrəli quyunun layihə dərinliyi 3600 metrdir.

Girməki Altı Lay Dəstəsinə qazılan həmin quyudan sutkada 350 min kubmetr qaz hasil ediləcəyi gözlənilir. Yataqdakı 11-ci özüldən Girməki Altı Lay Dəstəsinə qazılan 59 nömrəli quyunun layihə dərinliyi isə 3950 metrdir. Geoloqların hesablamalarına görə, bu quyudan sutkada 300 min kubmetr qaz hasil ediləcək.

Qeyd edək ki, hər iki quyuda istismar işləri «28 May» adına Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR