ARDNŞ 2009-cu ilin dekabr ayında Novorossiysk limanından 139 442 ton xam neft ixrac edib

ARDNŞ 2009-cu ilin dekabr ayında Novorossiysk limanından 139 442 ton xam neft ixrac edib
# 05 yanvar 2010 15:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2009-cu ilin dekabr ayında Novorossiysk limanından 139 442 ton xam neft ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Noyabr ayı ilə müqayisədə Bakı-Novorossiysk kəməri ilə nəql olunan neftin həcmi 71,1% azalıb.

Ötən il ərzində isə şimal kəməri ilə 2 479 971 ton xam neft ixrac edilib. Dekabr ayında dünya bazarında «Brent» tipli xam neftin 1 bareli 74,28 dollara, «Ural» nefti 73,88 dollara, «BTC FOB Ceyhan» tipli xam neftin 1 bareli isə 75,20 dollara satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR