ARDNŞ-nin ixrac etdiyi təyyarə yanacağının həcmi 58,8% artıb

ARDNŞ-nin ixrac etdiyi təyyarə yanacağının həcmi 58,8% artıb
# 05 yanvar 2010 15:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2009-cu ilin dekabr ayında 11 612 ton avtomobil benzini, 98 333 ton dizel yanacağı, 6 334 ton təyyarə yanacağı ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Hesabat ayında avtomobil benzinin ixracı 11,8%, dizel yanacağının həcmi 7,4% azalıb, təyyarə yanacağının həcmi 58,8% artıb.

Ümumilikdə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən 2009-cu ildə 227 184 ton avtomobil benzini, 1 434 962 ton dizel yanacağı, 271 727 ton təyyarə yanacağı ixrac edilib.

Ötən ilin dekabr ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 669,50 dollar, təyyarə yanacağının – 646,51 dollar, dizel yanacağının – 592,49 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 447,46 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR