Türkmənistanla İran arasında ikinci qaz kəmərinin açılışı olub

Türkmənistanla İran arasında ikinci qaz kəmərinin açılışı olub
# 06 yanvar 2010 09:48 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Yanvarın 6-da Türkmənistanla İranı birləşdirən Dövlətabad-Seraxs-Xangeran qaz kəmərinin açılışı olub. APA-nın “Farsnews”-a istinadən verdiyi məlumata görə, açılış mərasimində Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov və İran prezidenti Mahmud Əhmədinejad da iştirak ediblər. Türkmənistandan İrana ikinci yeni qaz kəmərinin açılışına xarici ölkələrin Aşqabaddakı səfirliklərinin təmsilçiləri, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız və digər rəsmi şəxslər də qatılıblar.

Qeyd edək ki, Dövlətabad-Seraxs-Xangeran layihəsi Türkmənistan-İran münasibətlərinin, regional iqtisadi-ticari əlaqələrin inkişafı, ikitərəfli və çoxtərəfli tərəfdaşlıq imkanlarının genişlənməsi, regionda stabilliyin, qarşılıqlı anlaşmanın möhkəmlənməsi və enerji təhlükəsizliyi baxımından yüksək qiymətləndirilir.

30,5 km uzunluğunda kəmərin istifadəyə verilməsi Türkmənistandan İrana ildə 20 milyard kubmetr qaz nəql etməyə imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR