Azərbaycan ötən il benzin istehsalını 8% azaldıb

Azərbaycan ötən il benzin istehsalını 8% azaldıb
# 06 yanvar 2010 10:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) müəssisələrində 2009-cu ildə ümumilikdə 1 467,60 min ton benzin istehsal edilib ki, bu da 2008-ci ilin analoji göstəricisindən 8,1% azdır. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

İstehsal edilmiş benzinin 1 235,04 min tonunu avtomobil benzini, 232,56 min tonunu isə kimya üçün ilkin benzin fraksiyası təşkil edib. Avtomobil benzinin istehsalı hesabat ilində 5,8%, kimya üçün ilkin benzin fraksiyasının istehsalı isə 20,2% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR