Azərbaycan Dövlət Neft Şirkəti ötən il əksər neft məhsullarının istehsalını azaldıb

Azərbaycan Dövlət Neft Şirkəti ötən il əksər neft məhsullarının istehsalını azaldıb
# 06 yanvar 2010 11:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2009-cu ildə əmtəəlik soba mazutunun istehsalını 4 dəfə, dizel yanacağı istehsalını isə 9,1% azaldıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Ötən il şirkətin müəssisələri tərəfindən 272,44 min ton əmtəəlik soba mazutu, 2 219,70 min ton dizel yanacağı istehsal edilib. Bundan başqa, 2009-cu ildə ARDNŞ-in müəssisələrində 6,52 min ton KO-20 (kerosin), 236,36 min ton neft bitumu, 127,18 min ton neft koksu, 44,18 min ton sürtgü yağları istehsal olunub.

Hesabat ilində ARDNŞ 2008-ci illə müqayisədə kerosin istehsalını 6,3 dəfə, neft koksunun istehsalını 32,8%, sürtgü yağlarını 20,05% azaldıb, neft bitumunun istehsalını isə 7,2% artırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR