Azərbaycanda maye qaz istehsalı son bir ildə 4,5% azalıb

Azərbaycanda maye qaz istehsalı son bir ildə 4,5% azalıb
# 06 yanvar 2010 11:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Azərbaycanda 173,30 min ton maye qaz istehsal olunub. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

ARDNŞ-dan verilən məlumata görə, 2009-cu ildə maye qaz istehsalı 4,5% azalıb. Ötən ilin dekabr ayında isə ARDNŞ-in müəssisələrində 16,85 min ton maye qaz istehsal edilib.

Qeyd edək ki, ARDNŞ-in müəssisələrində istehsal edilmiş maye qaz Azərbaycanın daxili bazarından əlavə Gürcüstana da ixrac olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR