Azərbaycan Dövlət Neft Şirkəti ötən il qazma işlərini 21% azaldıb

Azərbaycan Dövlət Neft Şirkəti ötən il qazma işlərini 21% azaldıb
# 07 yanvar 2010 07:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Ötən ilin dekabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12 770 metr qazma işi həyata keçirib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Bu sahədə görülmüş işlərin 11 536 metri istismara, 1 234 metri isə kəşfiyyata aid olub.

Ümumilikdə, 2009-cu ilin yanvar-dekabr aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 168 182 metr qazma işi görülüb ki, bunun 160 326 metri istismara, 7 856 metri isə kəşfiyyata aiddir. Qazma işlərinin həcmi 2008-ci illə müqayisədə 20,6% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR