«Günəşli» yatağında yeni quyu istismara verilib

«Günəşli» yatağında yeni quyu istismara verilib
# 07 yanvar 2010 15:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu günlərdə «28 May» Neft-Qazçıxarma İdarəsinin istismar olunan quyu fonduna yeni yüksək debitli 90 nömrəli quyu qəbul edilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, Kompleks Qazma İşləri Trestinin «Bayıl Limanı» Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən 19 nömrəli platformadan qazılmış quyu 3600 metr dərinlikdən sutkada 300 min kubmetr qaz, 40 ton kondensat verir.

Qeyd edək ki, 2001-ci ildə istismara verilmiş 19 nömrəli platforma 8 quyunun qazılması üçün nəzərdə tutulsa da, ARDNŞ-nin həyata keçirdiyi «Qaz Proqramı»na uyğun olaraq platformanın genişləndirilməsi qərara alınıb və buradan qazılacaq quyuların sayının 12-yə çatdırılması nəzərdə tutulub.

Hazırda platformada 11 quyu istismar olunur ki, onların da ümumi sutkalıq hasilatı 1,2 mln. kubmetr qaz, 1600 ton neft (kondensatla birlikdə) təşkil edir. İstismara verilən gündən indiyədək 19 nömrəli platformadan təxminən 800 mln. kubmetr qaz, 285 min ton neft (kondensatla birlikdə) hasil edilib.

Bundan başqa, qeyd etmək lazımdır ki, bir müddət əvvəl yataqdakı 11 nömrəli platformaya birləşdirilmiş əlavə blokdan qazılaraq istismara verilmiş 58 nömrəli qaz quyusunun sutkalıq hasilatı da artaraq 350 min kubmetrə çatıb. Bu iki yeni quyunun istismara verilməsi ilə «Günəşli» yatağında sutkalıq qaz hasilatı 16,700 mln. kubmetr olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR