Azərbaycanın bəzi ərazilərində qaz təminatı müvəqqəti dayandırılacaq

Azərbaycanın bəzi ərazilərində qaz təminatı müvəqqəti dayandırılacaq
# 07 yanvar 2010 15:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Təmir işlərinin aparılması ilə əlaqədar yanvarın 8-də saat 10:00-dan 18:00-dək Alabaşlı Qazpaylayıcı Stansiyasından gələn və Göygöl rayonunu təbii qazla təmin edən Nadel xəttində qaz təchizatı dayandırılacaq.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, baş vermiş sızmaların ləğv olunması ilə bağlı yanvarın 8-də saat 10:00-dan 18:00-dək Yuxarı Salahlı, Şıxlı-1 və Əksipara-2 Qazpaylayıcı Stansiyalarından Qazax rayonuna gedən boru xətlərində qazın nəqli müvəqqəti dayandırılacaq.

Təmir işlərinin görülməsi ilə əlaqədar Şəmkir rayonunda yanvarın 8-də saat 10:00-dan 17:00-dək təbii qazın saatlıq sərfinin miqdarı azaldılacaq. Bundan başqa, «Al-Prof» MMC-nin qaz şəbəkəsinə qoşulması ilə əlaqədar yanvarın 8-də saat 13:00-dan 16:00-dək «Əzizbəyov dairəsi» Qazpaylayıcı Stansiyasından gələn «kondisioner» qaz xəttində təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR