Cari ilin ilk günlərində Azərbaycanda elektrik stansiyaları gücləndirilmiş rejimdə işləyib

Cari ilin ilk günlərində Azərbaycanda elektrik stansiyaları gücləndirilmiş rejimdə işləyib
# 08 yanvar 2010 09:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin ilk günlərində Azərbaycanda elektrik enerjisinə tələbatın artması ilə əlaqədar elektrik stansiyaları gücləndirilmiş rejimdə işləyib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın ən böyük elektrik stansiyalarından olan «Azərbaycan İES»də yanvarın ilk dörd günü ərzində 59,7 mln. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Stansiya 4 blok rejimində fəaliyyət göstərib. İki enerji bloku ehtiyatda saxlanılıb. Qeyd edək ki, ehtiyatda saxlanılan bloklarda yenidənqurma işləri aparılır.

Bayram günlərində “Şəmkir SES Silsiləsi”ndə istehsal 11,4 mln. kVt/saata yaxın, “Mingəçevir SES Silsiləsi”ndə isə 44,2 mln. kVt/saat təşkil edib. Stansiyaların hər ikisində bütün avadanlıqlar normal rejimdə işləyib, qəza halları qeydə alınmayıb.

Qeyd edək ki, 2008-ci il ərzində «Şəmkir SES Silsiləsi»ndə 1,3 mlrd. kVt/saatdan, “Mingəçevir SES Silsiləsi”ndə isə 882,9 mln. kVt/saatdan çox elektrik enerjisi istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR