Özbəkistan Tacikistana verdiyi qazın həcmini azaldıb

Özbəkistan Tacikistana verdiyi qazın həcmini azaldıb
# 08 yanvar 2010 13:09 (UTC +04:00)
Bakı – APA-Economics. Özbəkistan yanvarın 7-dən etibarən Tacikistana verdiyi qazın həcmini azaldıb.

APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu barədə “Taciktransqaz”ın sədr müavini Şavkat Şoimov məlumat verib.

Daşkənd Düşənbədən ilkin ödəniş tələb edir. Hərçənd “Taciktransqaz”ın “Uztransqaz”a heç bir borcu yoxdur. Üstəlik, Tacikistan şirkətinin ilkin ödəniş üçün vəsaiti də yoxdur.

Ş.Şoimov bildirib ki, Özbəkistan Tacikistana nəql etdiyi qazın həcmini 30% azaldıb və sutkada 480 min kubmetrdən 336 min kubmetrə endirib. Bundan ən çox əziyyət çəkən isə Tacikistanın sənaye müəssisələridir.

Qeyd edək ki, Tacikistanın istehlak etdiyi qazın demək olar ki, hamısı Özbəkistandan alınır. Son bir ildə Özbəkistan borca görə Tacikistana verilən qazın həcmini bir neçə dəfə azaldıb. “Taciktransqaz” və “Uztransqaz” arasındakı son razılaşmaya görə, Tacikistan bu il 1 min kubmetri 240 dollar olmaqla Özbəkistandan 250 mln. kubmetr qaz alacaq. İlkin ödəniş məhz bu sənəddə nəzərdə tutulub. Amma Tacikistan ödənişi vaxtında ödəyə bilmir. Səbəb abunəçilərin “Taciktransqaz”a külli miqdarda borcunun olmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR