Bank Of Baku

Batumidə keçiriləcək Enerji Sammitində «Cənub axını» layihəsi üzrə bəyannamə qəbul olunacaq

Batumidə keçiriləcək Enerji Sammitində «Cənub axını» layihəsi üzrə bəyannamə qəbul olunacaq
# 08 yanvar 2010 13:34 (UTC +04:00)
Bu barədə APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın energetika naziri Aleksandr Xetaquri məlumat verib.

A.Xetaqurinin sözlərinə görə, Sammitdə bir neçə məsələ müzakirə olunacaq. Bu məsələlər arasında Xəzərin enerji resurslarının qərb ölkələrinə nəqli, «Sarmatiya» konsorsiumunun fəaliyyəti və s. var. Tədbir çərçivəsində «Cənub axını» layihəsi ilə bağlı bəyannamə qəbul ediləcək.

Xetaquri onu da vurğulayıb ki, Sammitdə 9 ölkədən dövlət başçısı, bir neçə ölkədən isə müxtəlif vəzifəli şəxslərdən ibarət nümayəndə heyətləri iştirak edəcək. Tədbirdə Azərbaycan, Grcüstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Qazaxıstan, Türkmənistan, Polşa, Litva, Macarıstan və Rumıniyanın təmsil olunacağı təsdiqlənib.

Gürcüstanın energetika naziri əlavə edib ki, yanvarın 12 və 13-də Tiflisdə Sammitdə iştirak edən ölkələrin müvafiq qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupu tərəfindən tədbirin gündəliyi hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR