Ötən il Ceyhan limanından 36 mln. tondan artıq Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

Ötən il Ceyhan limanından 36 mln. tondan artıq Azərbaycan nefti dünya bazarlarına çıxarılıb
# 08 yanvar 2010 14:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən ilin dekabr ayı ərzində Türkiyənin Ceyhan limanından 2,8 mln. ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Ötən il isə ümumilikdə bu göstərici 36,3 mln. ton təşkil edib.

Ümumiyyətlə, Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac neft kəməri istismara verilən gündən 2010-cu ilin yanvar ayının 1-ə qədər Ceyhan limanından 104,7 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Qeyd edək ki, Azərbaycan nefti Ceyhan limanına 1 768 km uzunluğunda BTC kəməri ilə nəql olunur. BTC kəməri 2006-cı ilin iyul ayında istiyadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR