Ötən il Bakı-Ceyhan kəməri ilə 36,2 mln. ton neft ötürülüb

Ötən il Bakı-Ceyhan kəməri ilə 36,2 mln. ton neft ötürülüb
# 08 yanvar 2010 14:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən ilin dekabr ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2,8 mln. ton Azərbaycan nefti nəql olunub. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Ötən ilin yanvar-dekabr aylarında bu kəmərlə 36,2 mln. ton neft ötürülüb. Ümumilikdə isə kəmər istifadəyə verilən gündən 2010-cu ilin yanvar ayının 1-ə qədər BTC-yə 106,5 mln. ton neft vurulub.

ARDNŞ-dan verilən məlumata görə, 2009-cu ilin dekabr ayında BTC kəməri vasitəsi ilə 175,3 min ton Qazaxıstan nefti ötürülüb. Ötən ilin yanvar-dekabr aylarında bu göstərici 1,9 mln. ton təşkil edib. Ümumilikdə, 2010-cu ilin yanvar ayının 1-ə kimi BTC kəməri ilə 2,2 mln. ton Qazaxıstan nefti nəql olunub.

Qeyd edək ki, BTC kəməri 2006-cı ilin iyul ayında istiyadəyə verilib. Kəmərin uzunluğu 1 768 km (onun 443 km Azərbaycan, 248 km Gürcüstan, 1 077 km isə Türkiyə ərazisindən keçir), illik nəqletmə gücü isə 50 mln. ton təşkil edir.

BTC-nin səhmdarları rolunda BP (30,1%), «AzBTC» (25%), «Chevron» (8,90%), «StatoilHydro» (8,71%), TPAO (6,53%), ENI (5%), «Total» (5%), «Itochu» (3,40%); INPEX (2,50%), «ConocoPhillips» (2,50%) və «Hess» (2,36%) şirkətləri çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR