“Google” energetika şirkəti kimi də fəaliyyət göstərmək istəyir

“Google” energetika şirkəti kimi də fəaliyyət göstərmək istəyir
# 11 yanvar 2010 08:10 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. “Google” internet nəhəngi energetik şirkət kimi fəaliyyət göstərmək haqda qərar qəbul edib.

APA-Economics”in məlumatına əsasən, artıq şirkətin rəhbərliyi ABŞ hökumətinə energetika biznesi sahəsində işləmək, o cümlədən elektrik enerjisi ticarəti ilə məşğul olmaq üçün lisenziya almaq məqsədilə müraciət edib. Hazırda şirkət yeni “Google Energy” filialını yaradıb.

“Google”nin rəsmi nümayəndəsi Niki Fenvik BBC-yə bildirib ki, fəaliyyət sahəsini genişləndirməsi şirkətə elektrik enerjisi ödəmələri üzrə tarifləri daha çevik istifadə etməyə imkan verəcək.

Kaliforniyada yerləşən “Google” qərargahının ekspertlərinin sözlərinə görə, məlumat bankı böyük həcmdə elektrik enerjisi sərf edir və enerji xərcləri mütəmadi olaraq artır. Artıq məlumdur ki, “Google Energy” alternativ və bərpa edilən energetika məsələləri ilə də məşğul olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR