Azərbaycan Batumi Enerji Sammiti ilə bağlı keçirilən hazırlıq toplantısında iştirak edir

Azərbaycan Batumi Enerji Sammiti ilə bağlı keçirilən hazırlıq toplantısında iştirak edir
# 11 yanvar 2010 10:13 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə – APA. Bu gün Tiflisdə yanvarın 14-də keçiriləcək Batumi Enerji Sammitinin gündəliyinin müəyyənləşdirilməsi üzrə İşçi Qrupunun iclası başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, mətbuat üçün qapalı keçirilən toplantıda Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Litva, Ukrayna, Polşa, Rumıniya, ABŞ və «Sarmatiya» konsorsiumundan ümumilikdə 27 ekspert iştirak edir. Yanvarın 13-dək davam edəcək iclasda Enerji Sammitində müzakirə olunacaq məsələlərin siyahısı hazırlanacaq.

Polşa prezidentinin energetika məsələləri üzrə müşaviri və Enerji təhlükəsizliyi Qrupunun rəhbəri Pyotr Voznyak APA-nın Gürcüstan bürosuna bildirib ki, enerji dəhlizlərinin diversifikasiyası və enerji resurslarının alternativ marşrutlarla Avropa bazarlarına nəqli rəsmi Varşava üçün önəmlidir. Buna görə də Polşa Batumi Enerji Sammitində fəal iştirak edəcək və prezident səviyyəsində təmsil olunacaq.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə isə APA-nın Gürcüstan bürosuna bildirib ki, hazırda ekspert qrupu sənədləri müzakirə edir və sənədlərin adı və mətni Sammit günü açıqlanacaq. Ş.Mehdizadə onu da əlavə edib ki, bu günədək 5 ölkəninin prezidentinin Sammitdə iştirakı rəsmən təsdiqlənib. Digər nümayəndə heyətlərinin iştirakı isə yanvarın 13-dək təsdiq olunacaq.

Qeyd edək ki, hazırda İşçi Qrupunun iclasında Azərbaycandan Sənaye və Energetika, Xarici İşlər nazirlikləri və Dövlət Neft Şirkətinin nümayəndələri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR