Binəqədi rayonunda abonentlərin qaz təchizatı yaxşılaşdırılır

Binəqədi rayonunda abonentlərin qaz təchizatı yaxşılaşdırılır
# 11 yanvar 2010 15:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Əhalinin texnoloji rejimə uyğun fasiləsiz olaraq təbii qazla təchiz edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi tərəfindən mühüm işlər görülür.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, artıq qısa müddət ərzində respublikanın bir sıra rayon və şəhərlərində abonentlərin təbii qaz təchizatının yaxşılaşdırılması, qaz itkisinin qarşısının alınması istiqamətində xeyli iş görülüb, yeni qaz xətləri çəkilib, istismara yararsız borular yenilənib.
Bakının Binəqədi rayonunda qaz təchizatının daha da yaxşılaşdırılması, əhalinin texnoloji rejimə uyğun təbii qazla fasiləsiz təmin olunması məqsədilə «Çağdaş» tikinti təşkilatı tərəfindən Biləcəri qəsəbəsində Dağlıq küçəsi döngə 1-də, Ə.Qasımov küçəsində, 3-cü Mədən korpus 90 və 143-də məhəllədaxili qaz xətlərinin, həyətlərdə quraşdırılmış qaz sayğaclarının küçəyə çıxarılması ilə əlaqədar ümumi uzunluğu 3700 metrdən artıq müxtəlif diametrli qaz xətləri çəkilib. Həmin ərazilərdə ümumilikdə 1182 ədəd qaz sayğacı küçəyə çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR