Bank Of Baku

Aleksey Miller: “Azərbaycan nə qədər qaz sata bilsə, “Qazprom” o qədər almağa hazırdır”

Aleksey Miller: “Azərbaycan nə qədər qaz sata bilsə, “Qazprom” o qədər almağa hazırdır”
# 11 yanvar 2010 15:50 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Azərbaycan nə qədər qaz sata bilsə, “Qazprom” o qədər almağa hazırdır”. APA-nın “Qazprom”un mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller keçirdiyi müşavirədə deyib. O bildirib ki, “Qazprom”un Azərbaycan Dövlət Neft Şirkəti ilə keçən il imzaladığı müqavilənin fərqli cəhəti ondan ibarətdir ki, alınacaq qazın yuxarı həddi göstərilməyib: “Azərbaycan nə qədər qaz sata bilsə, biz o qədər də alacağıq. “Qazprom”un imzaladığı heç bir müqavilədə belə bir maddə yoxdur. Bu, bizim tərəfdaşlıq münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir”.

A. Miller bəyan edib ki, qaz alqı-satqısının başlanması ilə Rusiya və Azərbaycan arasında uzun illər üçün qaz sahəsində uğurlu və qarşılıqlı faydalı əməkdaşlığın əsası qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR