Bank Of Baku

Kəskin hava şəraiti Norveçdən İngiltərə və Almaniyaya qaz ixracında problemlər yaradıb

Kəskin hava şəraiti Norveçdən İngiltərə və Almaniyaya qaz ixracında problemlər yaradıb
# 12 yanvar 2010 08:04 (UTC +04:00)
Bakı – APA-Economics. Havaların kəskin soyuması Norveçin cənub hissəsində ixrac üçün nəzərdə tutulan qazın hasilatında fasilə yaradıb.

APA-Economics”in məlumatına görə, Norveçdən Böyük Britaniyaya nəql olunan qazın hasil edildiyi Ormen Lanqe yatağında üç gündür işlər dayandırılıb, Korste kompleksindən Almaniyaya ixrac edilən qazın həcmi isə azaldılıb.

Ormen Lanqe yatağının operatorunun yaydığı açıqlamada bildirilir ki, pis hava şəraiti ilə əlaqədar yanvarın 9-da dayandırılan işlərin nə zaman bərpa olunacağı hələlik qeyri-müəyyəndir. Bu yataq Şimal-qərbi İngiltərəni sutkada 70 mln. kubmetr qazla təmin edir.

Korste kompleksində bəzi mexanizmlərin donması nəticəsində yaranmış problem isə bir gün sonra aradan qaldırılıb. Hazırda istehsal gücünü planın 70%-nə çatdırmaq mümkün olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR