Bank Of Baku

“Ukrtatnafta” şirkəti 2010-cu ildə Azərbaycandan 3 milyon ton neft idxal edəcək

“Ukrtatnafta” şirkəti 2010-cu ildə Azərbaycandan 3 milyon ton neft idxal edəcək
# 12 yanvar 2010 08:31 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. 2010-cu ildə “Ukrtatnafta” şirkəti 3 milyon ton Xəzər nefti idxal edəcək. APA-nın “Kommersant-Ukrayna”ya istinadən yaydığı məlumata görə, bu barədə Ukrayna prezidentinin enerji təhlükəsizliyinə dair beynəlxalq məsələlər üzrə səlahiyyətli nümayəndəsi Boqdan Sokolovski məlumat verib. “Ukrtatnafta” həmçinin ARDNŞ-lə “Azeri Light” markalı neftin uzunmüddətli nəqlinə dair razılaşma əldə olunduğunu açıqlayıb. Bu çərçivədə 2010-cu ildə Azərbaycanda 3 ton neft nəqli nəzərdə tutulur. Xatırladaq ki, ötən il Kremençuq neft emalı zavodunda bir neçə partiyada ümumi həcmi 600 min ton olan Azərbaycan nefti sınaq məqsədilə emal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR