Bank Of Baku

Batumi enerji sammiti ərəfəsində Tiflisdə ekspert qruplarının görüşü keçirilir

Batumi enerji sammiti ərəfəsində Tiflisdə ekspert qruplarının görüşü keçirilir
# 12 yanvar 2010 08:39 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bu il yanvarın 14-də Batumidə keçiriləcək enerji sammiti ərəfəsində Tiflisdə ekspert qruplarının iki günlük görüşü keçirilir.

APA-nın Batumi sammitinin rəsmi saytına istinadən məlumatına görə, yanvarın 11-də başlayan görüşün ilk günündə Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Litva, Polşa, Rumıniya, Türkiyə, Türkmənistan, Ukrayna, Özbəkistan, ABŞ və Avropa İttifaqının nümayəndələri Cənub Dəhlizinin inkişafı üzrə Batumi enerji sammitinin bəyannaməsinin mətnini müzakirə ediblər.

Bu gün isə Azərbaycan, Ukrayna, Litva, Polşa, Gürcüstan və Qazaxıstan təmsilçiləri sammitdə qəbul olunması planlaşdırılan Avro-Asiya neft nəqli dəhlizi üzrə bəyannamə layihəsini müzakirəyə çıxaracaqlar.

Sammitin saytında yerləşdirilən siyahıya əsasən, ekspertlərin görüşündə Azərbaycanı Sənaye və Energetika Nazirliyinin nümayəndəsi Rauf Həsənov, ARDNŞ vitse-prezidentinin müavini Vitali Bəylərbəyov, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR