Bank Of Baku

Ötən il Azərbaycanda elektrik enerjisi istehsalı 13,9% azalıb

Ötən il Azərbaycanda elektrik enerjisi istehsalı 13,9% azalıb
# 12 yanvar 2010 10:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Azərbaycanın enerji sistemində 18,6 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da 2008-ci ilin istehsalından 13,9% azdır. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 16,3 mlrd. kVt/saata, su elektrik stansiyalarının (SES) payına isə 2,3 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsalı düşüb.

Mənbənin verdiyi digər məlumata görə, 2009-cu ilin dekabr ayında 1,8 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu həcmdən də 1,6 mlrd. kVt/saata yaxını İES-lərin, 0,2 mlrd. kVt/saatdan artıq isə SES-lərin payına düşüb.

Bununla yanaşı, il ərzində Rusiya, İran və Gürcüstanla planlı şəkildə elektrik enerjisi mübadiləsi davam etdirilib. Yeri gəlmişkən onu da qeyd edək ki, yenicə qarşıladığımız bayram (Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il) günündə (31 dekabr 2009-cu il) 57 mln. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR