Bank Of Baku

Azərbaycanın Göyçay rayonunda su elektrik stansiyası tikilir

Azərbaycanın Göyçay rayonunda su elektrik stansiyası tikilir
# 12 yanvar 2010 12:31 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov - APA. Azərbaycanın Göyçay rayonunun Bığır kəndində yeni su elektrik stansiyasının inşasına başlanılıb.

Rayon icra hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, Yuxarı Şirvan kanalı üzərində gücü 2 meqavat olacaq elektrik stansiyasının inşası üçün 1,5 hektar torpaq sahəsi ayrılıb və hazırda ərazidə “Azərenerji” ASC-nin “Azenko” Təmir-Tikinti Şirkətinin 40 işçisi və 10-dan artıq texnikası çalışır.

Məlumata görə, “Azərenerji” ASC-nin mütəxəssisləri əvvəlcə əraziyə baxış keçirib, stansiyanın yerləşəcəyi yeri, onun səmərəliliyini və digər məsələləri müəyyən ediblər. Hazırda ərazidə qazıntı və torpaq işləri görülür, ətrafa hasar çəkilir və bu günlərdə stansiyanın təməli qoyulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR