Bank Of Baku

Ötən il qaz hasilatı üzrə dünya liderliyi Rusiyadan ABŞ-a keçib

Ötən il qaz hasilatı üzrə dünya liderliyi Rusiyadan ABŞ-a keçib
# 12 yanvar 2010 13:15 (UTC +04:00)
Bakı – APA-Economics. 2009-cu ildə qaz hasilatı üzrə dünya liderliyi Rusiyadan ABŞ-a keçib.

APA-Economics”in məlumatına görə, Rusiya Energetika Nazirliyinin və ABŞ Energetika İnformasiyası Administrasiyasının (US Energy Information Administration) illik göstəricilərini müqayisə edən “Vedomosti” qəzeti bu qənaətə gəlib.

Rusiya Energetika Nazirliyinin hesabatına görə, ötən il ölkədə qaz hasilatı 12,4% azalaraq 644,999 mlrd. kubmetrdən 582,353 mlrd. kubmetr səviyyəsinə düşüb. ABŞ-da isə təkcə 2009-cu ilin yanvar oktyabr ayları ərzində 620,2 mlrd. kubmetr qaz hasil olunub.

Qeyd edək ki, qaz ehtiyatlarına görə Rusiya dünyada birinci, ABŞ beşinci yeri tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR