Bank Of Baku

“Bibiheybətneft” NQÇİ-nin mexaniki rekultivasiya olunmuş ərazisində monitorinq işləri aparılıb

“Bibiheybətneft” NQÇİ-nin mexaniki rekultivasiya olunmuş ərazisində monitorinq işləri aparılıb
# 12 yanvar 2010 14:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi tərəfindən “Bibiheybətneft” NQÇİ-nin 2-ci mədəninin 86,43 hektarında mexaniki rekultivasiya olunmuş ərazisində monitorinq işləri aparıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-in Ekologiya İdarəsindən məlumat verilib.

İdarədən verilən məlumata görə, ərazidə rekultivasiya işi “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ tərəfindən yerinə yetirilib. Ərazi “Bibiheybəneft” NQÇİ-nin 2-ci mədən ərazisi hesab olunur və şərq tərəfdən yeni salınmış avtomobil yolu ilə, cənubdan 20-ci sahə adlanan yaşayış massivi ilə əhatə olunur. Ərazidə mexaniki rekultivasiya hal-hazırda mədənin keçmiş neft anbarında davam etdirilir. Bundan əlavə, istifadəyə yararsız neft kollektorları və atqı xətləri (müxtəlif ölçülü borular) daşınaraq “SOCAR-ASM” müəssisəsinə təhvil verilir.

Qeyd edək ki, monitorinq zamanı rekultivasiya olunmuş ərazilərdə əvvəlcə vizual müşahidələr aparılır, GPS vasitəsilə koordinatlar təyin edilir, ərazinin radiasiya fonu ölçülür və s. işlər həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR