Bank Of Baku

Regionların təbii qazla təchizatı istiqamətində işlər davam etdirilir

Regionların təbii qazla təchizatı istiqamətində işlər davam etdirilir
# 12 yanvar 2010 15:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi «2009-2013-cü illər Regionların Sosial-iqtisadi İnkişafı Dövlət Proqramı» çərçivəsində Azərbaycanın bölgələrinin qaz təchizatının yaxşılaşdırılması, həmçinin istismara yarasız qaz xətlərinin dəyişdirilməsi istiqamətində intensiv işlər görür.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, Neftçala rayonunun qaz təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bu baxımdan xarakterikdir. Ötən ilin dekabr ayından şəhərin iki massivinin qazlaşdırılması işlərinə başlanılıb. Artıq cari ilin yanvarın 10-dək «Qaradağ-2008» MMC tərəfindən 1140 metr uzunluğunda 200 mm-lik daşıyıcı polietilen, 3345 metr uzunluğunda 160 mm-lik yeraltı polietilen və 8311 metr uzunluğunda 76 mm-lik yerüstü küçə qaz xətləri çəkilib. Hazırda Neftçala şəhərinin ehtiyac duyulan digər hissələrində də analoji işlər davam etdirilir.

Bundan başqa, Şəmkir rayonunun Qaranüy kəndi üzrə 190 abonentin təbii qaz təchizatının bərpa edilməsi məqsədi ilə 2009-cu ilin dekabr ayından tikinti bərpa işlərinə başlanılıb. Tərtib olunmuş layihə-smeta sənədlərinə əsasən, yaxın vaxtlarda orta təzyiqli daşıyıcı və paylayıcı, eləcə də aşağı təzyiqli qaz xətlərinin tikintisi nəzərdə tutulub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR