Bank Of Baku

ARDNŞ prezidenti İran Milli Qaz Şirkətinin “Qaz Export” kompaniyasının baş direktoru ilə görüşüb

ARDNŞ prezidenti İran Milli Qaz Şirkətinin “Qaz Export” kompaniyasının baş direktoru ilə görüşüb
# 12 yanvar 2010 15:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev İran Milli Qaz Şirkətinin “Qaz Export” kompaniyasının baş direktoru Seyid Rza Kesaizadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Rövnəq Abdullayev İranın uzun müddətdir Naxçıvan Muxtar Respublikasının qaz təchizatında mühüm rol oynadığını vurğulayıb. Azərbaycan qazının alqı-satqısına dair danışıqların uğurla davam etdirildiyini söyləyib.

Seyid Rza Kesaizadə isə bildirib ki, İranın enerji sahəsində hazırkı siyasəti dünya qaz bazarında aktiv iştirak etmək və bu sektorda qonşu ölkələrlə əməkdaşlığı genişləndirməkdən ibarətdir. O, öz ölkəsinin şimal əyalətlərini “mavi yanacaq”la təchiz etmək üçün Azərbaycan qazına ehtiyac duyduqlarını və bununla əlaqədar ötən il ARDNŞ ilə İran Milli Qaz Şirkəti arasında memorandum imzalandığını qeyd edib.

Memorandum çərçivəsində tərəflər arasında qısamüddətli və uzunmüddətli qaz alqı-satqısına dair danışıqların uğurla aparıldığı vurğulanıb. Görüşdə bildirilib ki, şirkətlər arasında Azərbaycan qazının İrana qısamüddətli nəqlinə dair saziş üzrə aparılan işlər yekunlaşmaq mərhələsindədir.

Danışıqlar zamanı həmçinin ARDNŞ tərəfindən Azərbaycanın qaz-nəql sistemində və yeraltı qaz anbarlarında aparılan yenidənqurma və rekonstruksiya işləri haqda məlumat verilib. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR