Bank Of Baku

ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamenti milli sertifikat alıb

ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamenti milli sertifikat alıb
# 13 yanvar 2010 07:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinə (TTSD) milli sertifikat təqdim edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Tədbirdə çıxış edən Komitənin aparat rəhbəri Arif Əşrəfov bildirib ki, Departament Azərbaycan ərazisində beynəlxalq standartlara uyğun personal sertifikatlaşdırılma işlərini həyata keçirir. AZS Milli Sertifikatlaşdırma Sistemində fəaliyyəti razılaşdırılan və akkreditasiya edilən təşkilat kimi qeydə alınması üçün TTSD-nin sifariş məktubuna uyğun olaraq Dövlət Komitəsi orada akkreditasiya yoxlaması həyata keçirib. Yoxlamanın aktına və yekun rəyinə əsasən TTSD-nin “Personalın sertifikatlaşdırılması üzrə orqanı” kimi üç il müddətinə akkreditasiya olunması qərara alınıb.

Departamentin direktoru Asif Bəkirli isə bildirib ki, TTSD Azərbaycanda milli qurumda da akkreditə olunan ilk təşkilatdır. Bundan sonra ölkədə fəaliyyət göstərən sənaye müəssisələrində çalışan qaynaqçılar TTSD-yə müraciət edərək, buradan sertifikat ala bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR