Bank Of Baku

Londonda Avropanın enerji təhlükəsizliyinə dair dəyirmi masa keçiriləcək

Londonda Avropanın enerji təhlükəsizliyinə dair dəyirmi masa keçiriləcək
# 13 yanvar 2010 07:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Yanvarın 27-də Londonda Avropanın enerji təhlükəsizliyinə dair dəyirmi masa keçiriləcək.

«APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız, İngiltərənin enerji naziri, Avropa İttifaqının Enerji komissiyasının üzvləri və digər ölkələrdən nümayəndələrin iştirakı gözlənilir.

İngiltərə Mühafizəkarlar Partiyası tərəfindən təşkil olunacaq dəyirmi masada Türkiyə, İngiltərə və Azərbaycandan enerji şirkətlərinin nümayəndələrinin də iştirakı nəzərdə tutulur. Dəyirmi masada həmçinin enerji mənbələrinin işlənməsi və diversifikasiyasında Türkiyə və Azərbaycanın rolu, Azərbaycanın neft və qaz sektoruna investisiya yatırımları kimi məsələlər də xüsusi müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR